btn close

Lentli konveyerlər

Lentli konveyer - iki və ya daha çox baraban (mühərrikli aparıcı baraban və qayıdış barabanı) ətrafında dolanan davamlı lent vasitəsilə materialın bir nöqtədən digərinə daşınması üçün istifadə olunan ən geniş yayılmış konveyer növüdür. Lent rezin, PVC, PU və ya metal əsaslı ola bilər və istehsalat xətləri arasında əsas bağlayıcı element rolunu oynayır.


Konstruksiya:

  • Lent — rezin, PVC, PU və ya metal materialdan, məhsulun növünə uyğun səth
  • Aparıcı baraban (və ya ötürücü val) - mühərriklə işə salınır və qaydış barabanı
  • Gövdə — sabit və ya modul konstruksiya, düz, maili və ya əyri seksiyalar
  • İdarəetmə sistemi — start/stop, sensor inteqrasiyası (sifarişə görə)

Əsas üstünlüklər:

  • Geniş çeşiddə yük və materialın (qablaşdırılmış və ya faraş şəklində) daşınması
  • Həssas və sabit hərəkət — məhsulun zədələnməsinin qarşısı alınır
  • Sensor və avtomatlaşdırma sistemləri ilə asan inteqrasiya
  • Az sayda hərəkətli hissə sayəsində yüksək etibarlılıq
  • Gigiyenik, yuyula bilən versiyalar qida sənayesi üçün

Tətbiq sahələri: İstehsalat və yığım xətləri, qida və içki emalı, anbar və logistika mərkəzləri, tikinti materialları istehsalı və s.


Demiragac Engineering olaraq lentli konveyerləri müştərinin tələb etdiyi uzunluq, en, sürət və materiala uyğun fərdi layihələndiririk.

Sorğu göndər

Tələb olunan xanaları doldurun və ən qısa zamanda nümayəndəmiz tərəfindən sizə özəl hazırlanmış individual qiymət təklifini əldə edin.