Demiragac Engineering şirkəti 2019-cu ildən bəri qida, kənd təsərrüfatı, mədən, inşaat, logistika
və digər sənaye sahələri üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı konveyerlərin, istehsalat
avadanlıqları və köməkçi qurğuların layihələndirilməsi və istehsalını həyata keçirir.
Şirkətimiz həmçinin müştərilərə mövcud istehsal prosesinin avtomatlaşdırılması üçün
mühəndislik həlləri təklif edir. Təcrübəli mühəndis komandası tərəfindən müştəriyə özəl olaraq
dizayn edilən proqram təminatlı avtomatik qurğular istehsal xətlərində əl əməyinin azaldılması,
sürətin artırılması və prosesin optimallaşdırlması nəticəsində ümumi istehsal xərclərinə qənaət
etməyə imkan yaradır.
İstehsal edilən avadanlıq və qurğular şirkətin mühəndis konstruktor komandası tərəfindən
müştərinin sifarişi və tələbinə uyğun özəl olaraq layihələndirilir. Daha sonra avadanlıqlar emal
cizgiləri əsasında istehsalat sahəmizdə hazırlanır və yekunda müştərinin yerində quraşdırılaraq
təhvil verilir. Avadanlıq və qurğuların istehsalında dünyanın qabaqcıl istehsalçılaranın
komplektləşdirici hissələrindən istifadə edilməkdədir.