Haqqımızda

 

Demiragac Engineering şirkəti qida və kənd təsərrüfatı, mədən, inşaat, logistika və digər sənaye sahələri üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı konveyerlərin, əsas və köməkçi istehsalat avadanlıqlarının, eləcə də bunker və digər yardımçı konstruksiyaların layihələndirilməsi və istehsalını həyata keçirir.

 

Şirkətimiz standart ölçü və xüsusiyyətlərə əlavə olaraq hər bir müştərinin tələblərinə uyğun olaraq özəl parametr və xüsusiyyətlərə malik avadanlıq və qurğuların dizayn edilməsi və istehsalı xidmətlərini təklif etməkdədir.

 

Təqdim etdiyimiz əsas məhsul və xidmətlər


Konveyerlər – qida, kənd-təsərrüfatı, mədən, inşaat, logistika və digər sənaye sahələrində müştərinin tələbatına görə dizayn edilmiş lentli, rulonlu, zəncirli, modul tipli, spirallı və s. müxtəlif növdə konveyerlərin layihələndirilməsi və istehsalı.

 

Müxtəlif təyinatlı istehsalat avadanlıqları – Sifariş əsasında layihələndirilərək istehsal edilən müxtəlif təyinatlı istehsalat avadanlıqlarının bəziləri:

 

• Paketləmə avadanlıqları (üfüqi (Flowpack) və şaquli (VFFS) paketləmə xətti).
• Maye dolum xətləri.
• Toxum və bitki təmizləmə avadanlıqları.
• Meyvə-tərəvəz yuma və qurutma avadanlıqları.
• Şokolad və biskvit məmulatlarının istehsalı üçün avadanlıqlar.
• Müştərinin ehtiyacına uyğun özəl avadanlıqların layihələndirilməsi.

 

Platforma və bunkerlər – Məhsulların saxlanması, yığılması və ötürülməsi üçün bunker və silolar, avadanlıqların dayaq platformalarının istehsalı və quraşdırlması.


Paslanmaz metaldan məmulatlar – Qida, kimya, əczaçılıq və s. sektorlar üçün paslanmaz metaldan masalar, rəflər, bunkerlər, saxlama çənləri.